İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
İranın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Rusiya ilə iri həcmli raket müqaviləsi imzaladığı iddia olunur.
Kanal 20 xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata əsasən, sənəd 2025-ci ilin dekabrında Moskvada imzalanıb. Bildirilir ki, tərəflər arasında üç illik mərhələli çatdırılma planı üzrə razılıq əldə edilib.
İddiaya görə, müqavilə çərçivəsində Rusiya istehsalı olan 500 ədəd “Verba” portativ zenit-raket kompleksi və 2500 ədəd “9M336” tipli raketin İrana təhvil verilməsi nəzərdə tutulur. Ümumi dəyəri təxminən 500 milyon avro olan silah paketinin 2027–2029-cu illər ərzində üç mərhələdə çatdırılması planlaşdırılır.
Mənbənin məlumatına əsasən, Tehran bu sistemlərin alınması ilə bağlı rəsmi müraciəti 2025-ci ilin iyulunda edib. Buna səbəb kimi isə həmin ilin iyun ayında İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirildiyi bildirilən hücumlar və ardınca yaşanan 12 günlük qarşıdurma göstərilir.
Rəsmi Moskva və Tehran tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.


Digər xəbərlər
Bolqarıstanda yanacaq bahalaşır, artım tempi isə zəifləyir
Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir
Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
AEBA İranın nüvə obyektinə zərbələrlə bağlı dərin narahatlıq ifadə edib
İndoneziyada Semeru vulkanı püskürüb