İndoneziyada Semeru vulkanı püskürüb
İndoneziya ərazisində yerləşən Semeru vulkanı bazar ertəsi səhəri bir neçə dəfə püskürüb.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, Şərqi Yava əyalətində yerləşən vulkanın zirvəsindən 1100 metr yüksəkliyə qədər kül püskürməsi qeydə alınıb.
Semeru monitorinq məntəqəsinin rəsmisi kül sütunlarının orta intensivliklə cənub istiqamətində hərəkət etdiyini deyib. O bildirib ki, vulkan gecə yarısından etibarən ən azı yeddi dəfə püskürüb. İlk püskürmə yerli vaxtla saat 00:38-də başlayıb, son püskürmə isə saat 09:29-da baş verib. Aktivliyin ən yüksək həddi saat 06:51-də müşahidə olunub.
Səlahiyyətli orqanlar əhalini Semeru vulkanının zirvəsindən 5 kilometr radiusdan kənarda qalmağa çağırıb. Bildirilib ki, cənub-şərq sektorunda qadağa zonası Besuk Kobokan çayı boyunca 13 kilometr uzanır.


Digər xəbərlər
Bolqarıstanda yanacaq bahalaşır, artım tempi isə zəifləyir
Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir
Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
AEBA İranın nüvə obyektinə zərbələrlə bağlı dərin narahatlıq ifadə edib
Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb