Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb
 

11:09 / 06.04.2026 Oxunub: 546

 

Əfqanıstanda şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı azı 99 nəfərə çatıb, son doqquz gündə daha 154 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Yusuf Hammad bildirib. Onun sözlərinə görə, martın 26-da başlayan şiddətli yağışlar genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə, çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.

Təbii fəlakət 5 min evi tamamilə və ya qismən dağıdıb, 355 kilometr yolu sıradan çıxarıb, əkin sahələrini su altında qoyub və ümumilikdə 8532 ailəyə zərər vurub.

Əfqanıstan Meteorologiya Xidməti şiddətli yağışların davam edəcəyini proqnozlaşdırıb və yaxın günlərdə bütün 34 əyalətin ucqar ərazilərində mümkün daşqınlar barədə yeni xəbərdarlıqlar edib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə