WSJ: SEPAH Qırmızı dənizi və Bab-əl-Məndəbi bloklamaqla təhdid edib
ABŞ Silahlı Qüvvələri İrana zərbələri artıracağı təqdirdə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından gəmilərin keçidini bağlaya bilər.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
"Məlumatlı şəxslərin sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri hücumları aktivləşdirərsə və ya İrana quru müdaxiləsi variantını nəzərdən keçirərsə, SEPAH Vaşinqtonu Bab-əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamaqla, eləcə də gəmilərə hücum etməklə hədələyib", - nəşr bildirib.
İyul ayında İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanı qarşılıqlı zərbələri bərpa edib. Bu zaman husilər Səudiyyə Ərəbistanı gəmiləri üçün dəniz blokadası elan ediblər. Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki tankerə hücum edib, daha sonra isə krallıq ərazisindəki "Saudi Aramco" şirkətinin iki obyektinə zərbə endirdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı və Misirin husiləri hərbi fəallığı dayandırmağa inandırmaq cəhdləri hələ ki uğur qazanmayıb.
Daha əvvəl "Axios" xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp məsələnin diplomatik həllinə ümid etdiyi üçün İrana cümə gününə planlaşdırılan zərbələrin həyata keçirilməməsi barədə göstəriş verib.


Digər xəbərlər
ASALA-nın qənimi Abdullah Çatlı kim olub? - ARAŞDIRMA
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində ölüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı