Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək
 

00:32 / 18.06.2025 Oxunub: 37

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkənin xarici siyasət və müdafiə qurumları arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dövlət başçılarının telefon danışığının nəticələrini şərh edərkən bildirib.

“Prezidentlər bir sıra nazirliklər arasında təmasların fəallaşdırılması barədə razılığa gəliblər. Açıq şəkildə deyim ki, bu situasiyada Yaxın Şərqdəki gərginliyi nəzərə alaraq əsasən iki nazirlik nəzərdə tutulur: hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri”, – deyə Uşakov qeyd edib.

Bundan əlavə, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Türkiyə nümayəndələri bu həftə keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ayrıca görüşlər də keçirəcəklər.



Digər xəbərlər

Xəbər lenti

17 Iyun 2025
16 Iyun 2025
15 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ