Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub
01:06 / 17.06.2026
Oxunub: 176
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə braziliyalı əfsanə Peleni geridə qoyub.
AZƏRTAC xəbər verir ki, Mbappe turnirin qrup mərhələsinin ilk turunda Seneqal ilə oyunda fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 13-ə çatdırıb. Bununla da o, Pelenin 12 qolluq göstəricisini üstələyib.
Mbappe bu göstərici ilə Just Fontaine və Lionel Messi ilə eyni sırada qərarlaşıb. Siyahıda onu yalnız Gerd Müller (14 qol), Ronaldo (15) və Miroslav Kloze (16) qabaqlayır.
Mbappe Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.


Digər xəbərlər
“Qarabağ” futbolçusu Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Rail Məlikov: "Toral Bayramov üçün Türkiyə Superliqası klubları daha uyğun olardı"
“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək
Bu il Azərbaycan minifutbol üzrə Avropa Kubokunda təmsil olunacaq
Xəbər lenti
21 Iyun 2026
17 Iyun 2026