Bu il Azərbaycan minifutbol üzrə Avropa Kubokunda təmsil olunacaq
 

16:56 / 26.05.2026 Oxunub: 188

 

Azərbaycan bu il minifutbol üzrə Avropa Kubokunda təmsil olunacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

O bildirib ki, ölkəmizin klubları uzun illərdir minifutbol üzrə Çempionlar Liqasında çıxış etsələr də, Avropa Kubokunda iştirak təcrübələri demək olar ki, yoxdur.

“Çempionlar Liqasından sonra ikinci ən nüfuzlu klub turniri sayılan Avropa Kubokunda indiyədək yalnız bir dəfə iştirak etmişik. 2023-cü ildə keçirilən yarışda Azərbaycanı “Zəngəzur” komandası təmsil edib. Bu il isə ölkəmizi yenidən həmin turnirdə təmsil etməyi planlaşdırırıq”, - deyə Orxan Hüseynov vurğulayıb.

Baş katib qeyd edib ki, bu il Avropa Kubokuna vəsiqə qazanacaq komandanın müəyyənləşməsi üçün xüsusi turnir təşkil olunacaq: “Komandalarımızın Avropa Kubokunda iştirakını təmin etmək məqsədilə iyul-avqust aylarında Yay Kuboku adlı yarış keçirəcəyik. Turnirdə ölkə çempionatında çıxış edən 16 komanda mübarizə aparacaq. Yarışın qalibi sentyabr ayında təşkil olunacaq Avropa Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanacaq”.



Digər xəbərlər

Xəbər lenti

28 May 2026
26 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ