Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İran mövqelərinə yeni hücumlar həyata keçirib
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri iyunun 27-də İranda birdən çox hədəfə əlavə zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanlığın yaydığı məlumatda deyilir.
Bildirilir ki, dünənki ABŞ-ın İranın “M/V Ever Lovely” gəmisinə hücumuna cavab olaraq endirdiyi zərbələrdən sonra İrana atəşkəs razılaşmasına əməl etmək şansı verilib.
“Lakin bu səhər saat 4:30-da (Şərq vaxtı ilə) kamikadze dronu ilə “M/T Kiku” gəmisinə zərbə endildikdən sonra bu şansın verilməməsi qərarına gəlindi. CENTCOM qüvvələri bu gün İranın kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə birbaşa cavab olaraq zərbələr endirib. ABŞ hərbi təyyarələri İranın hərbi müşahidə infrastrukturunu, rabitə sistemlərini, hava hücumundan müdafiə obyektlərini, dron saxlama qurğularını və mina yerləşdirmə imkanlarını hədəf alıb”,- deyə açıqlamada qeyd olunur.
Bildirilir ki, kommersiya gəmilərinin Hörmüz boğazından tranziti davam edir.


Digər xəbərlər
Hərbi sualtı gəmilərə tələbat rekord həddə çatıb
ÜST xəbərdarlıq edir: 2050-ci ilədək onkoloji xəstəliklər ikiqat arta bilər
Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xəbər lenti
Ən çox oxunan