Harri Keyn Ronaldunun rekordunu yeniləyib
17:24 / 28.06.2026
Oxunub: 884
İngiltərə millisinin hücumçusu Harri Keyn rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin III turunda Panama ilə görüşdə fərqlənən forvard cari mövsümdə klub və milli komandanın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.
31 yaşlı oyunçu bununla da, Kriştianu Ronaldunun bir mövsümdə vurduğu ən yüksək qol sayını geridə qoyub.
Portuqaliya yığmasının ulduzu 2011/2012-ci illər mövsümdə 69 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, "Nyu-York/Nyu-Cersi" stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər
UEFA reytinqi: Azərbaycan və Gürcüstan həftənin ən çox əmsal qazanan ölkələri olub
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı
Neymar Braziliya millisini bombardir kimi tərk edib
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
Xəbər lenti
10 Iyul 2026
09 Iyul 2026
Ən çox oxunan
12:50
27 Iyun 2026
1909