DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edib
Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur.
AZƏRTAC xəbər verir ki, L qrupunun sonuncu – III turu çərçivəsində Xorvatiya və Qana seçmələri qarşılaşıb. ABŞ-ın Filadelfiya şəhərindəki eyniadlı stadionda keçirilən gərgin oyun Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 31-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçi Petar Suçiç açıb. Afrikalılar 73-cü dəqiqədə Derrik Lyukkassenin qolu ilə tarazlığı bərpa etsələr də, Xorvatiya millisi sona yaxın qələbə topunu vura bilib. Qarşılaşmanın 83-cü dəqiqəsində Nikola Vlaşiç fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.
Xorvatlar xallarının sayını 6-ya yüksəldib və qrup ikincisi kimi 1/16 finala vəsiqə qazanıb. Dörd xalı olan Qana isə ən yaxşı üçüncülər sırasından pley-offa yüksəlib.


Digər xəbərlər
UEFA reytinqi: Azərbaycan və Gürcüstan həftənin ən çox əmsal qazanan ölkələri olub
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı
Neymar Braziliya millisini bombardir kimi tərk edib
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
Xəbər lenti
Ən çox oxunan