Rütte: Avropa özünün və Ukraynanın təhlükəsizliyinə daha çox məsuliyyət daşıyacaq
ABŞ “NATO 3.0” konsepsiyası çərçivəsində Avropa istiqaməti və Ukrayna ilə bağlı məsuliyyətin böyük hissəsini “köhnə qitə” ölkələrinin üzərinə qoyacaq.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bu barədə Anadolu agentliyinə müsahibəsində deyib.
Baş katib qeyd edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu və nüvə çəkindirmə imkanlarını qoruyacaq, Aİ ölkələri isə alyans daxilində daha böyük məsuliyyət daşıyacaqlar. Onun sözlərinə görə, yaxın vaxtlarda NATO-nun birgə komandanlığından üçünə avropalılar rəhbərlik edəcək.
Mark Rütte, həmçinin Avropa ölkələrinin Ukraynaya maliyyə dəstəyinin göstərilməsində də aparıcı rol oynayacağını, ABŞ-nin isə mühüm hərbi texnika tədarükünü davam etdirəcəyini bildirib. O əlavə edib ki, maliyyələşdirmə əsasən Avropa ölkələri və Kanada tərəfindən təmin olunacaq.
Baş katibin fikrincə, bu model NATO daxilində məsuliyyət bölgüsünü daha ədalətli edəcək, alyansın çəkindirmə potensialını gücləndirəcək və dayanıqlılığını artıracaq.


Digər xəbərlər
Hərbi sualtı gəmilərə tələbat rekord həddə çatıb
ÜST xəbərdarlıq edir: 2050-ci ilədək onkoloji xəstəliklər ikiqat arta bilər
Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xəbər lenti
Ən çox oxunan