Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?
İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu məhsulları alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.
Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəngdə olması qarpızın hələ tam yetişməməsinin, qurumuş olması isə yetişmiş olmasının göstəricisidir. Qarpız və yemişin üzərində çürümüş yer və çatlar olmamalıdır.
Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qidamənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.
Ümumiyyətlə, qarpızın və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlamaq məsləhət görülür.
Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.


Digər xəbərlər
Agentlik sədri: Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 17,9 faiz qənaət təmin olunub
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür
Sabah Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Silahlı Qüvvələr Günü: Qürurumuzun təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalibiyyət salnaməsi
Dövlət Komissiyası: Narkomaniya ilə bağlı uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Xəbər lenti
Ən çox oxunan
"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib