Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

18:36 / 22.06.2025
Oxunub: 52
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.
"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunur.



Digər xəbərlər

Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA

"Reuters": İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - VİDEO

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi
Xəbər lenti
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
Ən çox oxunan

09:13
21 Iyun 2025
109