KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə obyektlərinə zərbələr hakimiyyəti dəyişdirmək üçün müharibənin başlanğıcı deyil, birdəfəlik aktdır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Vaşinqton ərəb dövlətləri vasitəsilə Tehrana hücumların başa çatması barədə məlumat verib. ABŞ həmçinin vasitəçilər vasitəsilə İranı nüvə sazişi üzrə danışıqlara qayıtmağa çağırıb.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.



Digər xəbərlər

ABŞ Hörmüz boğazı ilə bağlı hərbi tədbirləri istisna etməyib

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil

İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib

Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq

Britaniyalı nazir: ABŞ-nin İrana endirdiyi zərbələrdə iştirak etməmişik

İranın İsrailə raket zərbələri nəticəsində 86 nəfər yaralanıb
Xəbər lenti
Ən çox oxunan
