Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil
 

18:07 / 22.06.2025 Oxunub: 57


ABŞ-nin İrana zərbələri ölkə rəhbərliyini dəyişməyə deyil, yalnız onun nüvə proqramına yönəlib.

Bunu ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Heqset deyib.

“Bu zərbələr rejim dəyişikliyinə təhrik etmək üçün həyata keçirilməyib. Söhbət İranın nüvə mərkəzlərinə “yüksək dəqiqliklə zərbələr endirməkdən gedir", - o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl “The Wall Street Journal” amerikalı məmura istinadla yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana nüvə obyektlərinə endirilən zərbələrin rejim dəyişikliyinə yönəlmiş müharibənin başlaması olmadığını bildirib.



Digər xəbərlər

Xəbər lenti

22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ