Pakistan hərbi əməliyyatların dayandırılması üçün ŞƏRTİNİ açıqladı
jpeg-1746600852.jpeg)
10:00 / 07.05.2025
Oxunub: 54
"Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq".
Bu açıqlama ilə Pakistanın müdafiə naziri Xavaca Asif "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə biz cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - deyə X. Asif bildirib.
İki ölkə arasında qarşılıqlı zərbələrdən sonra danışıqların mümkünlüyünə dair suala cavab verən nazir qeyd edib ki, o, belə təmasların olmasından xəbərsizdir. Oxu.Az



Digər xəbərlər

Türk Dövlətləri Ali Məhkəmələri Konfransının Əsasnaməsi təsdiqlənib - FOTO
jpg-1746612240.jpg)
Türkiyə XİN: Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb

“Yeni Şafak”: İrəvan Ankara ilə münasibətlərin normallaşdırılması prosesini yubatmağa çalışır

Ukrayna bayraqları QADAĞAN EDİLƏCƏK

Donald Tramp may ayında Vladimir Putinlə görüşəcəyini istisna etməyib

Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri görüləcək - SƏRƏNCAM
Xəbər lenti
08 May 2025
07 May 2025
06 May 2025