ABŞ-ın Nümayəndələr Palatası Gürcüstanla bağlı "MEGOBARI Aktı"nı qəbul edib
 

13:17 / 06.05.2025 Oxunub: 57

 

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstanla bağlı “MEGOBARI Aktı"nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, 349 konqresmen layihənin lehinə, 42 nəfər əleyhinə səs verib, daha 42 nəfər isə bitərəf qalıb.

Qanun layihəsinin qüvvəyə minməsi üçün növbəti mərhələdə ABŞ Senatı tərəfindən təsdiqlənməsi tələb olunur.

Sənəddə ABŞ-Gürcüstan əlaqələrinin, o cümlədən bütün yardım proqramlarının tam şəkildə yenidən nəzərdən keçirilməsi, gürcü xalqının Avratlantik inteqrasiyasına dəstək verilməsi, eyni zamanda, ABŞ Prezidentinə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının rəsmilərinə və onları dəstəkləyən şəxslərə qarşı sanksiya tətbiq etməsi üçün çağırışlar əksini tapıb.



Digər xəbərlər

Xəbər lenti

08 May 2025
07 May 2025
06 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ