Çexiya ukraynalı pilotların təlimini davam etdirəcək

Çexiya ukraynalı pilotların təlimini, həmçinin Kiyevə sursat və ağır texnika tədarükünü davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, Çexiyanın Baş naziri Petr Fiala bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra deyib.
“Biz koalisiyadakı tərəfdaşlarımızla birlikdə ukraynalı pilotların Çexiyada L-39 və F-16 təyyarələrində təlim keçməsinə diqqət yetirmək barədə razılığa gəldik. Onlar artıq Çexiya istehsalı olan simulyatorlarda təlimlərə başlayıb”, - deyə Baş nazir bildirib. O, həmçinin ilin əvvəlindən bəri Ukraynaya 500 min ədəd iriçaplı mərmi tədarük olunduğunu vurğulayıb.
Petr Fiala və Volodimir Zelenski arasında baş tutan danışıqlarda iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub. Baş nazirinin sözlərinə görə, nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunan məsələlər arasındadır.



Digər xəbərlər

ABŞ iqtisadiyyatı staqflyasiya ilə üzləşə bilər

Britaniya və Türkiyə azad ticarət sazişinin yenilənməsi ilə bağlı danışıqlara başlayır

ABŞ-ın Nümayəndələr Palatası Gürcüstanla bağlı "MEGOBARI Aktı"nı qəbul edib

Pakistan Hindistanın su sazişini pozması fonunda yeni ballistik raketi sınaqdan keçirib

Donald Tramp may ayında Vladimir Putinlə görüşəcəyini istisna etməyib
