Pakistan XİN başçısı 125 vətəndaşın İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkəsinin 125 vətəndaşının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə nazir "X"də yazıb.
"Pakistan vətəndaşlarını İrandan qəbul etdikləri üçün Azərbaycan hökumətinə ürəkdən təşəkkür edirəm. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinə və qardaşım Ceyhun Bayramova, eləcə də Astara sərhəd keçid məntəqəsindəki bütün Azərbaycan hökumət rəsmilərinə bu çətin dövrdə sürətli yardım göstərdikləri üçün səmimi minnətdarlığımı bildirmək istəyirəm. Təyyarə bu gün həmin 125 nəfəri Azərbaycandan Pakistana gətirəcək", - deyə İ.Dar vurğulayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə 125 nəfəri artıq Bakıdan Lahora yola saldıqlarını bildirib:
"Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə Pakistanın Azərbaycandakı səfirliyi İrandan 125-dən çox ölkə vətəndaşını, o cümlədən Tehrandakı Pakistan səfirliyinin bəzi əməkdaşlarını və onların ailələrini uğurla təxliyə edib. Bu gün onlar Bakıdan Lahora təhlükəsiz şəkildə geri göndərilib".


Digər xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvəti ilə bağlı məlumat yoxdur
“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub