Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib
15 mart 2026-cı il tarixində Moskva şəhərində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Mustaqil. az xəbər verir ki, şənliyin təşkilatçısı Uulduz Əskərovanın rəhbərlliyi altında fəaliyyət göstərən “Dostluq-Drujba” muxtar qeyri-kommersiya yəşkilatıdır. Bayramda həmin təşkilatın nəzdində fəaliyyət göstərən “Dostluq-Drujba” klubunun yetirmələri çıxış edərək Novruz adət-ənənələrini əks etdirən maraqlı səhnəcikləri tamaşaçılara təqdim ediblər. Eyni zamanda, uşaqların ifasında nümayiş olunan rəngarəng Azərbaycan milli rəqsləri qonaqlar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, tədbirdə Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova da iştirak edib. Gülnarə Rəhimova tədbirlə bağlı təəssüratlarını saytımıza bölüşərək bildirib ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz milli-mənəvi dəyərlərindən biridir. Onun sözlərinə görə, Moskva şəhərində təşkil olunan bayram şənliyi yüksək səviyyədə hazırlanıb və tədbirdə iştirak edən uşaqların Novruz adətlərini səhnəciklər və milli rəqslər vasitəsilə nümayiş etdirməsi xüsusilə sevindirici haldır. O vurğulayıb ki, gənc nəslin milli dəyərlərə bağlı böyüməsi və Azərbaycan mədəniyyətini xaricdə layiqincə təbliğ etməsi qürurvericidir.
Təşkilatçı Uulduz Əskərovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Dostluq-Drujba” təşkilatının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Gülnarə Rəhimova belə təşəbbüslərin Azərbaycan mədəniyyətinin beynəlxalq mühitdə tanıdılmasına və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Sonda o, tədbirin təşkilatçılarına və çıxış edən uşaqlara təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.









Digər xəbərlər
Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”
“Səslərimiz Birləşsin” məktəblilərin I Xor Festivalı keçiriləcək
İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək
Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub