Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə M.S.Ordubadinin “Qılınc və qələm” romanından “Tarixi ziyafət” fəsli təqdim olunur.
M.S.Ordubadinin şah əsərlərindən biri “Qılınc və qələm” tarixi romanı ədəbiyyatımızın son dərəcə zəngin bir sənət incisidir. Gərgin bir dövrü əhatə edən əsərdə, dahi şairimiz Nizami ilə qəhrəman sərkərdə Fəxrəddinin timsalında qılınc və qələmin vəhdəti göstərilir. Böyük tədqiqat nəticəsində ərsəyə gəlmiş tarixi romanda bir çox hadisələrə toxunulmuş, başda Nizami olmaqla Gəncə ruhaniləri tərəfindən sürgün olunan Məhsəti xanımın Gəncəyə qaytarılması və bu yoldakı böyük mübarizə də əks olunmuşdur. Nizaminin ağsaçlı, xəstə Məhsəti Gəncəviyə olan rəğbəti romanın “Tarixi ziyafət” fəslində öz əksini tapmışdır. Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım “Tarixi ziyafət” fəslindən maraqlı epizodu səsləndirərək izləyicilərə təqdim edir. Epizodda Məhsəti xanımla Nizaminin səmimi görüşü, onu “mənim anam”, “ustadım” adlandırması diqqətə çatdırılır. Videoçarxda səsləndirilən şeirin tərcüməsi kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmaləddinə aiddir.
SƏBİNƏ
Videoçarx kitabxananın YouTube kanalında verilib:
https://www.youtube.com/watch?v=cU7F4w02VQw


Digər xəbərlər
Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib
“Səslərimiz Birləşsin” məktəblilərin I Xor Festivalı keçiriləcək
İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək
Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub