Qaynar içməyin, ÇÜNKİ....

08:00 / 01.09.2025 Oxunub: 533

İçkilərin həddindən artıq isti halda qəbulu sağlamlıq üçün təhlükəli ola bilər.

KANAL 20 TV  Ölkə.az-a istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, çox isti içkilər, xüsusilə 65°C-dən yuxarı temperaturda olan çay, qəhvə və digər mayelər qida borusu xərçəngi riskini artırır.

Alimlərin apardığı araşdırmalarda müəyyən olunub ki, yüksək temperaturda içilən içkilər qida borusunun selikli qişasını zədələyir. Bu zədələnmə davamlı olduqda hüceyrələrdə dəyişikliklər yarana bilər və nəticədə xərçəng inkişaf riski artır.

Həkimlər tövsiyə edirlər ki, isti içkiləri içməzdən əvvəl bir qədər soyumağa qoymaq lazımdır; çayı və qəhvəni qaynar deyil, ilıq halda qəbul etmək daha təhlükəsizdir; qida borusuna zərər verməmək üçün içkilərin temperaturu 60°C-dən yuxarı olmamalıdır.

Mütəxəssislərin sözlərinə görə, içkinin tərkibindən çox, onun temperaturu təhlükə yaradır. Yəni çay, qəhvə və ya digər içkilər isti yox, ilıq içildikdə belə bir risk mövcud deyil.

 



Digər xəbərlər

Xəbər lenti

03 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ