Qurban bayramı ilə bağlı RƏSMİ QƏRAR

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.
KANAL 20 TV Trend.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini bildirib ki, hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq.
"Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir", - deyə F.Nurullayev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin, iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.



Digər xəbərlər

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

İyunun 15-i Ümumdünya Külək Günüdür

Baş səhifəSosialQərbi Azərbaycana Qayıdış – Vətəndaş Cəmiyyəti ilə Dövlətin Siyasi Konsolidasiyası

Sosial sahədə fəal iştirak etmək istəyən tələbələr məlumatlandırılıb
