“Sabah” qəzeti: Ərdoğan kimi, Tramp da regionda hərbi qarşıdurma cəbhələrinin yaranmasına qarşıdır
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan kimi, iqtisadi inteqrasiyaya və ziddiyyətlərin həlli üçün diplomatik kanallara arxalanaraq, regionda hərbi qarşıdurma cəbhələrinin yaranmasına qarşı çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Nəşr Türkiyənin həm Cənubi Qafqaz regionunda, həm də Yaxın Şərqdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının əvəzedilməz geosiyasi tərəfdaşı olduğunu qeyd etməklə yanaşı, Ankara ilə Bakı arasındakı strateji müttəfiqliyə, eləcə də regionda münasibətlərin normallaşması yolunda Türkiyənin Ermənistanla təmaslarına diqqət çəkir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti regionda tarazlığın təmin edilməsinə mühüm töhfə verir. Ankara digərləri ilə yanaşı, Vaşinqton üçün eskalasiyanı azaltmaq üçün nadir kanallardan biridir”, -yazan qəzet Tramp administrasiyasının Tehranla münaqişənin qaynar fazasına başlamaq planına qarşı olduğunu qeyd edir.


Digər xəbərlər
Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB
Sabah 1516 nəfər taksi sürücüsü imtahan verəcək