“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib
24 avqust 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin, düzgün və balanslı qidalanmanın əhəmiyyəti barədə məlumatlılığın artırılması, sağlam qidalanma vərdişlərinin formalaşdırılması və fiziki sağlamlıqla mənəvi rifah arasındakı əlaqənin izah edilməsi olub.
Təlimi Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova aparıb. Təlim zamanı sağlam qidalanmanın əsas prinsipləri, gündəlik qida seçimləri, düzgün qidalanmanın insanın fiziki və zehni fəaliyyətinə təsiri, zərərli qida vərdişlərindən uzaq durmağın yolları və sağlam həyat tərzinin gənclərin gələcəyində rolu barədə geniş məlumat verilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini icra edən, Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rəhimə İsmayılova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Şəhla Qasımova iştirak edərək gənclərlə fikir mübadiləsi aparıblar.
Tədbirə qonaq qismində Azərbaycan kulinariya sahəsinin tanınmış mütəxəssisləri — Xəqani Məmmədov, Brend Chef, “Ay işığı” restoranı, həmçinin Ruslan Hüseynov, Executive Chef, Qafqaz Baku City Hotel də qatılıblar. Şeflər öz peşəkar təcrübələrini bölüşərək qidalanma mədəniyyəti, keyfiyyətli və təhlükəsiz qida seçimi, qida hazırlanmasında düzgün yanaşmalar barədə iştirakçılarla söhbət ediblər.
Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və sağlam həyat tərzi ilə bağlı praktiki tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçılara sağlam qidalanma və qida mədəniyyəti mövzusunda əlavə maarifləndirici mənbə kimi Məhsəti Hüseynovanın müəllifi olduğu “İslamda qida mədəniyyəti” kitabı hədiyyə olunub. Eyni zamanda, Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.




Digər xəbərlər
Laçın yenidən doğulur: Böyük Qayıdışın ünvanı
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
26 Avqust - Laçın şəhəri günü
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
Xəbər lenti
Ən çox oxunan
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli