Somalidə terrorçu qruplaşmanın 30-dan çox silahlısı öldürülüb

11:30 / 13.09.2025
Oxunub: 37
Somalidə mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” hərəkatının 30-dan çox üzvü Qalgudud bölgəsində keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.
AZƏRTAC yerli mediaya istinadla bildirir ki, Somali Silahlı Qüvvələrinin yerli müdafiə qüvvələri ilə birgə keçirilən əməliyyat zamanı 6 əsgər həlak olub, 14-ü yüngül yaralanıb.
Qeyd edək ki, Somali qüvvələri artıq on ildən çoxdur ki, yüzlərlə mülki şəxs və təhlükəsizlik əməkdaşının həyatına son qoyan “Əş-Şəbab” hərəkatına qarşı mübarizə aparır.



Digər xəbərlər

Ərdoğana yeni "Togg" elektromobili hədiyyə edildi

NATO Rusiya pilotsuz təyyarəsi ilə bağlı insidentdən sonra Şərqi Avropada müdafiəni gücləndirir

Əraqçi: Qahirədə danışıqlar çox ciddi olub

Hakan Fidan: Şülh sazişinə son imzalar atıldıqdan sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətlənəcək

BMT TŞ İsrailin Dohaya hücumu ilə bağlı fövqəladə iclas keçirir

ABŞ Konqresi Ukraynanın silah istehsalına 400 milyon dollar ayırıb
Xəbər lenti
Ən çox oxunan

13:00
13 Sentyabr 2025
142