Türkiyə parlamenti İsrailin BMT-yə üzvlüyünün dayandırılmasına çağırıb

Türkiyə parlamenti beynəlxalq ictimaiyyəti İsrailin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa, onunla hərbi və ticarət əlaqələrini dayandırmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qəzzadakı vəziyyətlə bağlı növbədənkənar iclasının yekunları üzrə yekdilliklə qəbul edilən qətnaməsində deyilir.
Qətnamə parlamentin sədri Numan Kurtulmuşun imzası ilə dərc edilib.
"Biz İsrail hökuməti soyqırımı siyasətindən əl çəkənə qədər onların BMT və beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa çağırırıq. Biz həmçinin bütün milli parlamentləri İsraillə hərbi və ticarət əlaqələrini dayandırmağa və Fələstinə qarşı embarqonu ləğv etmək üçün dərhal hərəkətə keçməyə çağırırıq", - sənəddə deyilir.
Bəyanatda İsrailin Qəzza zolağındakı hərəkətləri "soyqırımı cinayəti" kimi səciyyələndirilir.
"Biz beynəlxalq ictimaiyyəti İsraili Qəzzada daimi atəşkəsi qəbul etməyə, silahlı qüvvələrini bölgədən çıxarmağa və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə məcbur etmək üçün daha çox iş görməyə çağırırıq", - bəyanatda deyilir.



Digər xəbərlər

Dəhşət: Deputat qətlə yetirilib

Emmanuel Makron istefa verməyəcəyini bir daha bəyan edib

Qazaxıstanda təyyarələrə lazer yönəldilməsinə görə cinayət məsuliyyəti tətbiq olunur

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Sakit okeanın dərinliklərində “Sarı kərpic yol” aşkarlanıb

Xərçəngə qarşı universal peyvənd yaradılıb
Xəbər lenti
Ən çox oxunan

Türkiyə Prezidenti: Yaponiya ilə birlikdə Ukrayna və Suriyanın bərpası prosesinə yol aça bilərik
