Türkiyədə meşə yanğınları riski olan zonalarda qatarların hərəkəti dayandırılır

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin meşə yanğınları riski yüksək olan bölgələrində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyasətçi qatarlar keçərkən relslərdə yaranan qığılcımlardan yaranan yanğın təhlükəsinə diqqət çəkib.
“Elektrik xətlərinin yerləşdiyi ərazilərdə də əlavə təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Yanğın riski olan günlərdə bütün piknik sahələri bağlanacaq”, -deyə Yılmaz bildirib.
Onun sözlərinə görə, mütəxəssislər yerlərdə yanğınların başvermə səbəblərini təhlil edirlər. “PUA-lar tərəfindən toplanan məlumatlar da daxil olmaqla, bütün informasiyalar təhlil edilir. Yanğınlara səbəb olan faktorların müəyyən edilməsi və aradan qaldırılması bizim üçün vacibdir”, - deyən vitse-prezident ölkənin meşələrində baş verən yanğınların demək olar ki, 90 faizini insanların törətdiyinə diqqət çəkib.
Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyindən verilən məlumata görə, təkcə son 24 saat ərzində ölkədə 55 meşə yanğını baş verib, onlardan 45-i nəzarət altına alınıb.



Digər xəbərlər

Təcili: WhatsApp və Telegram zəngləri qadağan edildi
jpg-1755007881.jpg)
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb

Corab satan Allahverdi Yolçuyev bu dəfə də SUSMADI

Son dəqiqə: Ankarada ZƏLZƏLƏ OLDU

Azərbaycanda qanunsuz reklamlar üzrə baxılan müraciətlərin sayı artıb (FOTO)
