17 ildən sonra səssizliyi pozdular
Azərbaycan rok musiqisinin əfsanəvi nümayəndələrindən olan "Unformal" qrupu illər sonra yenidən bir araya gəlir.
Musavat.com xəbər verir ki, "Sonsuz yol" mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, Avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.
2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rysiya, ABŞ və Böyük Britaniya) Bakıya toplaşaraq, noyabrın 22-də məkanlardan birində konsert verməyə hazırlaşır.
Gecəyə "Coldünya" qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, "DədəBaba" və "Unchained Orchestra" kimi alternativ səhnənin tanınmış adları da qatılacaq.
Qeyd edək ki, "Unformal" 2007-ci ildə "Sonsuz yol" klipi ilə tanınmış, 2008-ci ildə Avroviziya milli seçimlərinin finalçısı olmuşdu. İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönür – bu dəfə daha güclü və birləşmiş şəkildə.


Digər xəbərlər
Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri
Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu
Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu
“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı
Maqadanda Novruz bayramı qeyd olunub
Krasnoyarskda Novruz bayramı qeyd olunub
Xəbər lenti
Ən çox oxunan