Britaniya Kralı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə ABŞ-yə səfərə başlayıb
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə dövlət səfərinə başlayırlar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, səfər dörd gün davam edəcək və əsasən ABŞ Prezidenti Donald Trampın 2019-cu və 2025-ci illərdə Böyük Britaniyaya etdiyi iki dövlət səfərinə qarşılıq xarakteri daşıyır.
Kralın səfəri ABŞ-nin Böyük Britaniyadan müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşür. Bu cür tədbirlərdə olduğu kimi, burada da əsas vurğu yüksək təmtəraq və mərasimlərə, eləcə də mühüm simvolik hadisələrə yönəldilib. III Çarlz son 25 ildə Kapitolidə çıxış edən ilk Britaniya monarxı olacaq. 1991-ci ildə onun anası, Kraliça II Yelizaveta (1926–2022) bu şərəfə layiq görülən ilk monarx olub. Bu hadisə onun ABŞ-yə 13 günlük dövlət səfəri zamanı baş verib.
II Yelizaveta hakimiyyəti dövründə ABŞ-yə dörd dəfə dövlət səfəri edib: 1957, 1976, 1991 və 2007-ci illərdə. Hazırkı Kral isə Uels şahzadəsi (taxt-tacın varisi) kimi ABŞ-yə 19 dəfə səfər edib.


Digər xəbərlər
Ərdoğan Trampla telefon danışığı aparıb
“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı yeni təklif təqdim edib
ABŞ və Yaponiya birgə pilotsuz uçuş aparatları istehsal edəcək
Qlobal hərbi xərclər ötən il 2,887 trilyon dollara çatıb
Lavrov: Rusiya Ukrayna məsələsində ABŞ ilə təmaslara açıqdır
İranın xarici işlər naziri Sankt-Peterburqa gəlib
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında - FOTOLAR