Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər
24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu üzrə 16-cı WSF Dünya çempionatı keçirilib. Mustaqil.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə idmançının qatıldığı bu mötəbər turnir yüksək rəqabət və peşəkarlıq səviyyəsi ilə yadda qalıb.
Azərbaycanı bu çempionatda uğurla təmsil edənlərdən biri də Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nuray İbadova olub. Gənc idmançı göstərdiyi yüksək nəticə və əzmkarlıq sayəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək – I pilləsinə yüksəlib və dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Nuray İbadova “FHN İdman Sağlamlıq Mərkəzi”nin nəzdində fəaliyyət göstərən karate klubunun yetirməsidir. Onun bu uğurunda klubun rəhbəri Füzuli Musayevin və baş məşqçi Murad Hacızadənin böyük əməyi var. Mütəxəssislər Nurayın qələbəsini yalnız şəxsi nailiyyət kimi deyil, həm də Azərbaycan karate məktəbinin növbəti uğuru kimi qiymətləndirirlər.
Bu möhtəşəm nəticə bir daha sübut edir ki, ölkəmizdə idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər. Nuray İbadovanın əldə etdiyi bu uğur isə digər yeniyetmələr üçün də böyük motivasiya və nümunədir.





Digər xəbərlər
“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəlib
Bu gün avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” beynəlxalq reqatasına start veriləcək
NBA: “Los-Anceles Leykers”dən ikinci qələbə
"Sabah"ın aparıcı futbolçusu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb
Avropa çempionu Nicat Hüseynovdan tarixi qələbə - FOTOLAR
Dünya Badminton Federasiyasının "Shuttle Time" proqramı Lənkəranda
Xəbər lenti
Ən çox oxunan
Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər