“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı yeni təklif təqdim edib
Tehran münaqişənin həlli məqsədilə Vaşinqtona yeni təklif təqdim edib. Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların irəlilədilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə ABŞ tərəfinə yeni təklif çatdırıblar. Portal yazır ki, bu təşəbbüs danışıqlardakı mövcud durğunluğu aradan qaldırmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün hazır olduğu nüvə güzəştləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəlib.
“Axios”un qeydinə görə, İranın təklifi əsasən Hörmüz boğazı ətrafında yaranmış böhranın və ABŞ blokadasının aradan qaldırılmasına hesablanıb. Təklifdə tərəflərin atəşkəsi uzunmüddətli əsasda uzatması və ya münaqişəyə birdəfəlik son qoyması məsələsi də yer alır.
Portalın məlumatına əsasən, nüvə proqramı ilə bağlı danışıqlar yalnız sonrakı mərhələdə — Hörmüz boğazı açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanmalıdır.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp aprelin 27-də İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və münaqişə ilə bağlı mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirməyi planlaşdırır.


Digər xəbərlər
Ərdoğan Trampla telefon danışığı aparıb
ABŞ və Yaponiya birgə pilotsuz uçuş aparatları istehsal edəcək
Qlobal hərbi xərclər ötən il 2,887 trilyon dollara çatıb
Britaniya Kralı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə ABŞ-yə səfərə başlayıb
Lavrov: Rusiya Ukrayna məsələsində ABŞ ilə təmaslara açıqdır
İranın xarici işlər naziri Sankt-Peterburqa gəlib
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında - FOTOLAR