Türkiyədə CHP sədri hücuma məruz qalıb

17:15 / 04.05.2025 Oxunub: 52

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb.

KANAL 20 TV “Haber Global”a istinadla xəbər verir ki, hadisə dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimindən sonra baş verib.

Mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib.

Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir.

İstanbul Baş Prokurorluğunda hücumla bağlı istintaq başlanılıb. Bu arada Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə telefon əlaqəsi saxlayıb və səhhəti maraqlanıb. 



Digər xəbərlər

Xəbər lenti

04 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ