Almaniyanın ümumi daxili məhsulu ilin ikinci rübündə azalıb

Almaniyanın ümumi daxili məhsulu bu ilin ikinci rübündə yanvar-mart ayları ilə müqayisədə 0,1 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında bildirilib.
Statistikaya əsasən, ilin ikinci rübündə ümumi daxili məhsul 1 trilyon 94,5 milyard avro təşkil edib. İlin ilk üç ayında isə bu göstərici 1 trilyon 98,2 milyard avro (+0,3 faiz) olmuşdu. Bu dövrdə bir çox şirkətin ABŞ-ın tətbiq edəcəyi yüksək gömrük rüsumlarını qabaqlamaq üçün ixracatı önə çəkməsi sənaye istehsalının artmasına səbəb olmuşdu.
ABŞ ilə əldə olunan yeni razılığa əsasən avqustun 1-dən Avropa İttifaqı məhsullarına 15 faizlik gömrük rüsumunun tətbiq edilməsi vəziyyəti bir qədər də çətinləşdirə bilər.
Qeyd edək ki, əvvəlki rüsumlar cəmi 2,5 faiz idi. Yeni rüsumların Almaniya iqtisadiyyatına daha çox təsir edəcəyi gözlənilir. Çünki ABŞ Almaniyanın ixracatında ilk sırada yer alır. Ötən il Birləşmiş Ştatlara 161 milyard avro dəyərində məhsul ixrac edilib. İxrac göstəricisinə avronun məzənnəsinin güclənməsi də təsir göstərir. Avronun məzənnəsinin ilin əvvəlindən əhəmiyyətli dərəcədə möhkəmlənməsi alman mallarını xaricdə daha bahalı edir.



Digər xəbərlər

Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Antonio Quterreş insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri dağıtmağa çağırıb

Tramp Alyaska, Havay adaları və ABŞ-ın Sakit okean sahillərində sunami təhlükəsi olduğunu bildirib

Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

Stokholmda ABŞ ilə Çin arasında ticarət danışıqlarının ikinci raundu başlayıb

Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq
Xəbər lenti
Ən çox oxunan
