Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü avqustun 2-də başlayacaq.
"Report"un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
"Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq. Bu tədarükləri həyata keçirmək üçün biz Azərbaycanla svop sazişi bağladıq", - nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ərazisində Suriya sərhədinə qədər qaz kəmərinin çəkilməsi ilə bağlı işlər qısa müddətdə başa çatdırılıb: “Suriya tərəfində də qazın qəbulu üçün bütün zəruri tədbirlər tamamlanıb. Layihənin maliyyələşdirilməsini Qətər təmin edib”.
Tədarüklərin başlanmasına həsr olunmuş mərasimdə Qətər və Suriyanın energetika nazirləri iştirak edəcəklər.
"Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq", - A.Bayraktar vurğulayıb.
Nazir əlavə edib ki, Türkiyədən Suriyaya gündəlik 6 milyon kubmetr həcmində planlaşdırılan qaz tədarükü 1 200 MVt-a qədər elektrik enerjisi istehsalını təmin edəcək: "Türkiyədən əlavə 500 MVt elektrik enerjisi tədarükü nəzərə alınmaqla, Suriyada elektrik təchizatı saatlarının ümumi sayı hazırkı 3-4 saatdan sutkada 10 saata qədər artacaq".



Digər xəbərlər

Antonio Quterreş insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri dağıtmağa çağırıb

Tramp Alyaska, Havay adaları və ABŞ-ın Sakit okean sahillərində sunami təhlükəsi olduğunu bildirib

Almaniyanın ümumi daxili məhsulu ilin ikinci rübündə azalıb

Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

Stokholmda ABŞ ilə Çin arasında ticarət danışıqlarının ikinci raundu başlayıb

Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq
Xəbər lenti
Ən çox oxunan
