Bakıda “Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başlayıb

Xəzərin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində möhtəşəm “Dream FEST 2025” beynəlxalq musiqi festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl xarici ulduzlar və azərbaycanlı ifaçılar qırmızı xalça üzərindən keçiblər.
Daha sonra musiqili tədbirin əsas hissəsi başlayıb. Səhnəyə ilk çıxan, ifası ilə tamaşaçıları dərhal coşduran, onlara inanılmaz enerji bəxş edən Emin olub.
Azərbaycanın Xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Tünzalə Ağayevanın səsləri tədbirə xüsusi ovqat qatıb.
Musiqi axşamı Nikol Şerzinger, Brendon Stoun, Merab Amzoevi, Əfəndi, Elene Ninidze, Sevanna, Koza Nostra qrupu və başqalarının çıxışları ilə davam edib.
Musiqi festivalının ilk gününün aparıcıları Azərbaycanın Xalq artisti Murad Dadaşov və teleaparıcı Hüsniyyə Məhərrəmova olub.
“Sea Breeze” tarixində ilk dəfə olaraq tamaşaçılara 500 drondan istifadə edilməklə şou təqdim edilib.
Festivalın ilk günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, “Dream FEST” iyulun 26-dək davam edəcək və bu müddət ərzində tamaşaçılar Böyük Britaniya və Türkiyə, Kanada da daxil olmaqla, 100-dən çox musiqiçinin çıxışlarını maraqla izləyə biləcəklər.



Digər xəbərlər

Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək

Gülzar İbrahimovanın əsərlərində Ana dilimiz

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

Adil Kərimli: Bu gün ölkəmizdə tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir
Xəbər lenti
Ən çox oxunan
