“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən müsabiqənin əsas məqsədi qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarını artırmaq, bu sahəyə fəal cəlb olunmalarını təşviq etmək, onların rəqəmsal dünyaya inteqrasiyasını sürətləndirmək, sosial təsir yaradan ideya və təşəbbüslərini dəstəkləmək və texnologiya sahəsindəki potensiallarını üzə çıxarmaq olub.
Seçilmiş 11 finalçı layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Qiymətləndirmə nəticəsində üç qalib müəyyənləşdirilib və təltif olunublar.
Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova tutub.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.



Digər xəbərlər

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub

2025/2026-cı tədris ili üzrə rezidenturaya qəbul üçün 778 yer ayrılıb RƏSMİ

Azərbaycanda 100 minə yaxın sənədsiz evlərin amnistiyasına start verilir

Sabah paytaxtda 34-38, rayonlarda 36-41 dərəcə isti olacaq

Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Sürücülərin sosial məsuliyyətinin artırılması yolları
Xəbər lenti
Ən çox oxunan
