Sahilboyu ərazilərdə növbəti profilaktik tədbirlər həyata keçirilib

Polis əməkdaşları digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.
Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən olunub.
Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.
Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.



Digər xəbərlər

Müğənni Dəniz Əsədova həbsdə qalıb, şikayəti təmin edilməyib

Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb

İyulun sonuncu gününə gözlənilən hava proqnozu açıqlanıb

Astronomlar: 2027-ci ildə rekord müddətə Günəş tutulması olacaq

Son altı ayda məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib

Azərbaycan qarğıdalı idxalını 38 % azaldıb
Xəbər lenti
Ən çox oxunan
