AMEA-da Ramiz Mehdiyevin üzvlüyü məsələsi müzakirəyə çıxarılır
Kanal 20 TV xəbər verir ki, fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə iki əsas məsələ daxil edilib. Bunlardan biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsidir. Rəyasət Heyəti bu məsələni müzakirəyə çıxararaq müvafiq qərar qəbul edəcək.
Toplantıda baxılacaq digər məsələ isə Akademiyanın illik hesabatının dinlənilməsi ilə bağlıdır.
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya konstitusiya quruluşunu zorla dəyişdirmə), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.


Digər xəbərlər
Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB
Sabah 1516 nəfər taksi sürücüsü imtahan verəcək