“Ameriqo Vespuççi” yelkənli gəmisi İtaliyaya 3 milyard avro gəlir gətirib
 

16:49 / 17.09.2025 Oxunub: 21

 

Dünya turunu başa vuran İtaliyanın “Ameriqo Vespuççi” adlı tarixi yelkənli təlim gəmisi ölkə iqtisadiyyatına 3 milyard avro töhfə verib.

AZƏRTAC xəbər verir ki, gəminin 2023-cü ildə çıxdığı dünya turu çərçivəsində ümumilikdə 11 min 155 yeni iş yeri yaradılıb. Həm dövlət, həm də özəl sektorda 50 milyon avrodan çox sərmayə qoyuluşu ilə müqayisədə 10 dəfə çox - 569 milyon avro gəlir əldə edilib. Həmçinin gəminin dünya turu 254 milyon avroluq media dəyərinin yaranmasına səbəb olub, ixraca töhfəsi isə 479 milyon avro təxmin edilir.

Ölkənin təxminən bir əsrlik simvolu olan İtaliya Hərbi Dəniz Qüvvələrinin “Ameriqo Vespuççi” yelkənli gəmisi 2026-cı ildə Nyu-Yorka yola düşəcək.

2023-2025-ci illərdə qlobal marşrut üzrə ümumilikdə 5 qitədə 53 ölkə və limanı əhatə edən dünya turu çərçivəsində 1,2 milyon nəfər gəmini və İtaliya pavilyonunu ziyarət edib.



Digər xəbərlər

Xəbər lenti

17 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ