Azərbaycanda ən çox maaşı bu sahələrdə çalışanlar alır
2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,4 min nəfər olub.
KANAL 20 TV Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Digər xəbərlər
“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı yeni təklif təqdim edib
Naxçıvanda istehlakçılara 4,6 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib
“Hüseyn Cavid” quru yük gəmisi təmir olunaraq istismara qaytarılıb
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Xəbər lenti
Ən çox oxunan