“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatıb
16:39 / 19.04.2026
Oxunub: 126
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən xəbərə görə, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.


Digər xəbərlər
TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib - FOTOLAR
Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qardaşlıq və dostluq ənənələri

