Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub
 

14:22 / 19.04.2026 Oxunub: 103

 

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Taqanroq şəhərinə raket zərbəsi endirib. Zərbə "Molniya" dronları və "Orion" pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən "Atlant Aero" müdafiə sənayesi şirkətinə dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalı məlumat yayıb.

Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Ukrayna Hərbi Dəniz Qüvvələri zərbənin "Neptun" raketləri ilə həyata keçirildiyini dəqiqləşdirib.

Qeyd olunur ki, bu obyektin məhv edilməsi Rusiyanın dron istehsal imkanlarını azaldacaq və rus ordusunun Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini zəiflədəcək.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

Müsahibə