Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək
 

16:27 / 19.04.2026 Oxunub: 124

 

Türkdilli respublikaların ləhcələri arasında qarşılıqlı anlaşılma səviyyələri fərqli olsa da, söz ehtiyatımızın təxminən 85 faizi ortaqdır. Türk dillərinin kök sözlərinin isə demək olar ki, 100 faizi ortaqdır. Əlifba birliyi nəticəsində bu görünməyən mədəni amillər görünən hala gələcək, ortaq olduğumuz daha aydın hiss ediləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dil Qurumunun sədri Osman Mert V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda panel iclasda çıxışı zamanı bildirib.

O, deyib: “Əlifba birliyi, xüsusilə mənsubu olduğumuz kimlik anlayışımızı daha görünən edəcək və ortaq dəyərlərimizi daha hiss olunan səviyyəyə gətirəcək”.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

Müsahibə