Avropa ölkələrinin liderləri yenidən ABŞ-yə səfər edəcəklər

08:15 / 08.09.2025
Oxunub: 73
Bəzi Avropa ölkələrinin liderləri Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək üçün bazar ertəsi və çərşənbə axşamı ABŞ-yə səfər edəcəklər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz çox maraqlı müzakirələr aparırıq. Bəzi Avropa liderləri bazar ertəsi və çərşənbə axşamı ayrıca şəkildə ölkəmizə gələcəklər", – deyə Tramp deyib.
BUndan başqa o, Rusiya Prezidenti Vladimir Putinlə yaxın günlərdə telefonla danışacağını qeyd edib.



Digər xəbərlər
Xəbər lenti
07 Sentyabr 2025