Südün bilmədiyiniz ZİYANI

08:00 / 08.09.2025 Oxunub: 69

İsveç alimləri 45 000 kişi və 60 000 qadının gündəlik rasionunu və onların sümüklərinin vəziyyətini analiz etdikdən sonra belə nəticəyə gəliblər ki, südün müntəzəm olaraq istehlakı sümük toxumasını zəiflədir və sınıqların riskini artırır.

Həmçinin məlum olub ki, südün gündəlik istehlakı hətta insanın həyatını da qısaldır.

KANAL 20 TV xarici KİV-lərə istinadla bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi südün tərkibində olan qlükoza və qalaktoza şəkərlərinin olmasıdır. Bu 2 maddə orqanizmdə iltihabı və turşuluq səviyyəsini artırır. Xroniki  iltihab və turşuluq səviyyəsinin artması isə bir çox xəstəliklərin və o cümlədən xərçəngin inkişafı riskini artırır.

Bütün bunları nəzərə alaraq mütəxəssislər südü az miqdarda (1/2-1 stəkan) və həftədə 1-2 dəfə içməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, südü sud məhsulları ilə əvəz etmək daha yaxşıdır. Süddən fərqli olaraq süd məhsulları (qatıq, kefir, xama, pendir və s.) sümükləri möhkəmləndirir, orqanizmdə turşuluq səviyyəsini azaldır. Həmçinin süd məhsulları bağırsaq mikroflorasını bərpa edir, immuniteti möhkəmləndirir, bağırsaq xərçənginin riskini azaldır.  

 



Digər xəbərlər

Xəbər lenti

07 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ