Azərbaycandan İrana turist axını ciddi şəkildə azalıb

14:00 / 08.09.2025
Oxunub: 33
Hazırda Azərbacyandan İrana turist axını 1,8 milyon nəfər azalıb.
Trend-in məlumatına görə, bunu İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirinin müavini Ənuşirvan Möhseni Bəndpey yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, İranda bir Azərbaycan vətəndaşı ilə əlaqədar baş verən hadisə nəticəsində azalıb.
Möhseni Bəndpey bildirib ki, halbuki koronavirus pandemiyasından öncə 20 mart 2019 -20 mart 2020 aralığında İrana səfər edən əcnəbi turistlərin sayı 9,8 milyon nəfər təşkil edib.
Nazir müavini qeyd edib ki, bütün bu rəqəmlər ölkədə davamlı təhlükəsizliyin olmaması və mənfi imic turizm sektoruna birbaşa mənfi təsir göstərir.



Digər xəbərlər

İsrail bu dəfə hansı ölkə ilə müharibə edəcək? - Rəsmi

Kütləvi zəhərlənmə baş verib, 8 nəfər xəstəxanaya yerləşdirilib

Siyasi məhbus Belarus həbsxanasında öldü

"iPhone 17"nin əsas sirri üzə çıxdı

Müharibə Nazirliyi yaradılır - nə baş verir?
