Sumqayıtda ev almaq istəyənlərin NƏZƏRİNƏ
jpeg-1757097037.jpeg)
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.
Oxu.Az İKZF-nin məlumatına istinadən xəbər verir ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 12.09.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı İKZF-nin internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.



Digər xəbərlər

Yol polisi ciddi XƏBƏRDARLIQ ETDİ

12 500 manatadək cərimələnə bilərsiniz - RƏSMİ

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb - RƏSMİ

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər - ARAŞDIRMA

Bitki əsaslı qida immun hüceyrələrinin xərçənglə mübarizə qabiliyyətini artıra bilər - TƏDQİQAT
