Avropanın 3 klubu bu hücumçuya görə "Qarabağ"la əlaqə saxladı

Millinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə yeni müştəriləri ortaya çıxıb. Çempionlar Liqasının üç təsnifat mərhələsində göstərdiyi oyun gənc forvardın elçilərinin sayını artırıb.
Son olaraq Avropanın üç ölkəsindən ona təklif gəlib. İsveç, Danimarka və Polşa klublarının menecerləri "Xəzər Lənkəran"ın yetirməsinə görə "Qarabağ"la əlaqə saxlayıb.
"Köhnə dünya"nın nümayəndələri Axundzadənin müqavilə şərtləri və təzminatla maraqlanıb.
Nərimanı 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından da istəyənlər var idi. Ərəblər "Qarabağ"da aylıq maaşı 12 min manat olan hücumçuya üç dəfə artıq ödəmə etməyə hazır idi.
Səbəbkar yarımadadan gələn dəvəti müsbət cavablandırmağa meyl göstərsə də, "köhlən atlar" danışıqların rəsmiyyət qazanmasına razılıq verməmişdi.



Digər xəbərlər

Bu gün 2 oyun keçiriləcək - Premyer Liqa

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Bu gün basketbol üzrə Avropa çempionatında finalçılar bəlli olacaq

Azərbaycan millisi yenidən əcnəbi baş məşqçiyə həvalə olunacaq?

"Fənərbağça" azarkeşlərinə bəd XƏBƏR

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
Xəbər lenti
Ən çox oxunan
