"Fənərbağça" azarkeşlərinə bəd XƏBƏR

19:15 / 08.09.2025
Oxunub: 35
"Fənərbağça"nın yenin transferi Edson Alvares 3 həftə meydana çıxmayacaq.
KANAL 20 TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubunun zədəli yarımmüdafiəçisi Alvaresin son durumu açıqlanıb.
İnsayder Yağız Sabuncuoğlunun verdiyi məlumata görə, 27 yaşlı meksikalı futbolçu təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Alvares Yaponiya ilə keçirilmiş yoldaşlıq oyununda (0:0) ilk hissədə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Vest Hem" klubuna məxsus olan futbolçu hazırda "Fənərbağça"ya bir illik icarə əsasında qoşulub.



Digər xəbərlər
Xəbər lenti
08 Sentyabr 2025
Ən çox oxunan

20:00
08 Sentyabr 2025
135